Müraciət qaydası
I. “TAX EX CONSULT” MMC-nin sorğulanması.
I.1. “TAX EX CONSULT” MMC-nin (bundan sonra – MMC) direktoru – Elşad Ə. HÜSEYNOV; iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent.
I.2. Hüquqi ünvan: – AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov küçəsi, ev 13, mənzil 12.
I.3. Əlaqə: +994 55 755 35 61;
I.4. E-mail: – info@taxexconsult.az
I.5. Rəsmi sayt: – www.taxexconsult.az
II. Hüquqi yardım üçün MMC-yə müraciət qaydası və rəsmiləşdiriləcək sənədlər məcmusu.
II.1. Hüquqi və fiziki şəxslər tərəfindən bu və ya digər hüquqi yardım, konsultasiyalar yaxud müvafiq xidmətlərin göstərilməsi üçün MMC-nin direktorunun adına rəsmi qaydada yazılı müraciət – Ərizə tələb olunur;
II.2. Sahibkarın öz təşəbbüsü ilə fəaliyyətinə dair fərdi qaydada keçirmək təqdirində olduğu “qiymətləndirmə” prosesində və ya qərarla açılmış rəsmi yoxlamalar zamanı, nümayəndəsinin iştirakına dair MMC direktorunun adına yazılı müraciət – Ərizə və notarial qaydada təsdiqlənmiş Etibarnamə tələb olunur;
II.3. Yoxlamalar zamanı, yoxlamaya və digər prosedur hərəkətlərə açılmış Qərar və məhkəmə Qərardadlarının surəti həmin ərizəyə əlavə edilir;
II.4. Aidiyyətli yoxlamaların bundan əvvəlki mərhələdəki (son) Ekspertiza rəyi nüsxəsi və yoxlamaların Yekun Aktlarının surətləri nüsxəxləri də, notarial qaydada təsdiq edilməklə ərizəyə əlavə edilir;
II.5. Digər (təkrar, əlavə, istintaq və s.) ekspertiza mərhələlərinə açılmış Qərar və Qərardadların notarial qaydada təsdiqlənmiş surəti həmin ərizəyə əlavə edilir;
II.6. Müraciətçinin şəxsiyyətini təsdiq edən vəsiqəsi və VÖEN-ini təsdiq edən şəhadətnaməsinin notarial qaydada təsdiqlənmiş surəti də, ərizəyə əlavə edilir;
II.7. Hüquqi və fiziki şəxslər tərəfindən MMC-yə müraciət üçün əsas sayılacaq və digər əlahiddə sənədlərin də, surətləri notarial təsdiqlə ərizəyə qoşulur;
II.8. Nəhayət, işdə tərəflər arasında rəsmiləşdiriləcək Xidmət Müqaviləsi və bundan irəli gələ biləcək zəruri sənədləşmə tətbiq edilir.
“TAX EX CONSULT” MMC-nin direktoru
Dr. Elşad Ə. HÜSEYNOV