VERGİ.  YOXLAMA.  PROBLEM.

“TAX Ex ConsUlt”

Barəmizdə

( QISACA )  

“TAX EX CONSULT” (Vergi /Auditi/ Expertizasında Konsaltinq) MMC (bundan sonra – MMC) AR sabiq VN-in Vergi Auditi Departamentində 2010-2014 illərdə aparıcı audit eksperti və mütəxəssisi kimi çalışmış Elşad Ə. Hüseynov tərəfindən; fiziki və hüquqi şəxslər kimi fəaliyyətləri üzərlərinə, hasilatçı və istehsalçı sahibkarların mənafeləri və iradələrinə zidd olan bütün qnun pozuntulu yoxlama prosedurları və bundan irəli gələn qeyri-obyektiv proseslər üzrə mümkün hüquq pozuntularının yerindəcə qarşısının alınması, əsassız yoxlamalarda; təkrar və əlavə ekspertizalarda, baxışlarda və s. təmsil olunmaları ilə bütün prosessual və prosedural mənafelərini qoruyan; eləcə də, vergi ödəyiciləri barələrində istintaq orqanlarında və məhkəmələrdəki mülki və cinayət işlərinin baxışı zamanı bu orqanların tətbiq etdiyi ekspertizalarının keçirilməsində və həm də, tərəf olaraq iştirak edə bilən və eləcə də, bütün bu kimi prosedurlarla bağlı zəruri yönəldici konsultasiyaların verilməsi məqsədləri ilə təsis edilmiş, tam ixtisaslaşmış, fəaliyyət çevrəsi – “TAX AUDIT CONTROL” (“Vergi Auditinə Nəzarət”) beynəlxalq proqramı hüdudlarında Azərbaycan Respublikasında fəaliyyət göstərən tək hüquqi subyektdir.

( ƏTRAFLI ) 

MMC – uzun müddət audit eksperti (mütəxəssisi) qismində fəaliyyət göstərmiş yoxlayıcısı tərəfindən “səyyar vergi (auditi) yoxlamalarında” (bundan sonra – SVY) hələ də, təsadüf edilən vergi ödəyicilərinin mənafelərinə və iradələrinə zidd ola biləcək bütün proses və qeyri-obyektiv prosedur hüquq pozuntularının qarşısının yerindəcə alınması məqsədi ilə, bu yoxlamalarda sahibkarlar adından həm də, etibarnaməli vəkalətlə təmsil olunmaları ilə; eyni zamanda da, məhkəmələrdə sahibkarların bütün prosessual və prosedural mənafelərini qoruyan; eləcə də, vergi ödəyiciləri barələrində məhkəmələrdəki mülki və cinayət işlərinin baxışı zamanı məhkəmə ekspertizalarının keçirilməsi üçün ixtisaslı ekspert və mütəxəsislərin təqdim edilməsindən ötrü təsis edilmiş, tam ixtisaslaşmış olmaqla, Azərbaycan Respublikası vergilər arealında yeganə şirkətdir.  

Eyni zamanda da, MMC vergitutma sahələrinin hər biri üzrə, xüsusən də, ekspertlərin demək olar ki, sayca son dərəcə məhdud olduğu sahələr üzrə vergi sistemində çoxillik iş təcrübəsinə malik ekspert və mütəxəssislərin cəlb edildiyi, heç bir analoqu olmayan əlahiddə təsisatdır.

Sırf vergi auditi sahəsində xüsusi biliyə və iş təcrübəsinə malik ekspertlər tərəfindən təsis edilmiş bu MMC vergi prosedurlarının bütün sahələri üzrə – istehsal, hasilat, nəqliyyat, təmir-tikinti, ticarət, sosial sektor, digər və s. vergi sahələri baxımından bütün ekspertiza hərəkətlərində – əlavə, təkrar, istintaq və məhkəmə ekspertizaları prosedurlarında və eləcə də, kompleks ekspertizalarda, konsultasiyaların verilməsində, fəaliyyəti üzrə öz iş təcrübəsini və bu sahədə konsaltinq və hüquqların müdafiəsini nəzər-diqqətinizə təqdim edir.

MMC – həm də, vergi orqanı ilə ixtilaflı və münaqişəli hallar yaşayan vergi ödəyicilərinin mənafelərini qorumaqla, onların malik olduqları fəaliyyət və kommersiya sirlərini də, qoruyur.

MMC – DVX tərəfindən SVY zamanı keçirilən ekspertizaları icra edən ekspert və mütəxəssislərin aidiyyətli sahələri zəif bilmələri, faktiki olaraq həmin sahələrdə çox vaxt ali təhsilə, xüsusi biliyə, səriştəyə və iş təcrübəsinə malik olmamaları, texniki, texnoloji və hüququ normativ baza sənədləri (müvafiq qanunvericilik aktları, bunlara bərabər tutulan sənədlər, standartlar, normativlər, direktivlər, texniki şərtlər, texniki tələblər, qaydalar və s.) baəsində biliklərinin zəif olması və işdə yetərincə tətbiq etmək bacarıqlarının olmamasrının bu ciddi faktı qarşısında, AR Vergi və Mülki Məcəllələri ilə nəzərdə tutulan qaydada yüksək səriştəyə malik ekspert və mütəxəssislərimiz bütün bu kimi komplekslər imkanına və eləcə də, ekspertizalarının gələcəkdə bütün məhkəmə instansiyalarında mübahisələndirilməsinin mümkünsüz səviyyələrində tam əsaslandırılması imkanlarına malikdir.

İcra edə biləcəyimiz aşağıdakı fəaliyyət çevrəsi üzrə xüsusları nəzər diqqətinizə çatdırırıq:

• DVX-nın rəsmi qrumu tərəfindən SVY-nin keçirilməsinə dair Qərar”la açılmış vergi auditi ekspertizası proseduru zamanı notarial qaydada təsdiqlənmiş vəkalətlə və bağlanmış Xidmət Müqaviləsi ilə vergi ödəyicisinin rəsmən təmsil edilməsi, yerindəcə hüquqlarının qorunması, AR Vergi Məcəlləsinin müddəalarına əsasən Baxış Protokolunun yerindəcə tərtib edilməsinə və prosedur üzrə prosessual hərəkətlərin düzgün keçirilməsinə bütün proses boyu nəzarət edilməsi və s.;

• DVX qurumları ilə bu və ya digər qaydada ixtilaflı hallar yaşayan vergi ödəyicilərinin işlərinin digər nazirlik, məhkəmə-hüquq və s. inzibati strukturlara ötürülməsi hallarında ixtisaslı yardımın edilməsi və konsultasiyaların verilməsi;

• “SVY-nın keçirilməsinə dair Qərar”la açılmış audit ekspertizası proseduru barəsində vergi ödəyicilərinin sualları predmetində və konkret situasiyalar üzrə konsultasiyaların verilməsi, yoxlama yerlərində tərtib edilmiş baxış protokollarının qanun müddəalarına müvafiq olaraq, düzgün yönəldilməsi və bu prosesə yerindəcə nəzarət, SVY üzrə yekun aktların tədqiq edilməsi və eləcə də sistemli təhlili;

•   İşləri aidiyyəti üzrə istintaq orqanında olan vergi ödəyicilərinin açılmış cinayət işləri üzrə ixtisaslı yardımın edilməsi, konsultasiyaların təqdim edilməsi və təmsilçilik və s.

Yuxarıdakı fəaliyyət növləri üzrə aşağıda qeyd edilmiş istiqamətlər xidmət sahəmiz olaraq diqqətlərinizə təqdim edilir:  

1. İstehsal həcmlərinin, məhsul və məmulatın mövcud realizə məzənnələrinin (bazar-satış qiymətlərinin), istehsal sahələrinin texniki-inventar avadanlığının, mövcud dislokasiya və situasiyasının, istehsal şəraitinin və rejimlərinin, istehsalın “aktiv (qeyri-aktiv) sənaye balansı saldosunun” və s. qiymətləndirilməsi (Hesabat şəklində);

2. Hasilat həcmlərinin, məmulatın və xammalın mövcud realizə məzənnələrinin, bütün faydalı qazıntılar və minerallar üzrə hasilat sektorlarının (mədənlərin, karxanaların, yataqların və s.) texniki-hasilat vəziyyətinin, istismar avadanlığının və bu avadanlığın texniki vəziyyətinin, istismar şəraitinin və s. qiymətləndirilməsi (Hesabat şəklində);

3. Xaricdən alınan xammalın müəssisəyə real nəqliyyat-daşıma həcmlərinin, alış qiymətlərinin və yerli bazar-satış məzənnələrinin və s. əsaslandırılması/müəyyən edilməsi (Hesabat şəklində);

4. İstehsal və hasilat sektoru üzrə faktiki altındakı və aidiyyətli ərazi üzərindəki sənaye-torpaq lokasiyasının müəyyən edilməsinin, Dövlət Torpaqayırma Aktları üzrə mənimsənilmə vəziyyətinin, istismar səviyyəsinin yerindəcə müəyyənləşdirilməsinin, markşeyder ölçmələri ilə, bu mümkünsüz sayıldıqda isə digər ölçmələr texnologiyaları ilə hasilat sektoru konturlarının mövcud və əvvəlki işçi səviyyələrinin istehsal həcminə uyğun olaraq (mənimsənilmiş kubaturanın) müəyyən edilməsinin, qrunt problemlərinin, qrunt strukturunun sənaye poleontologiyasının, morfologiyasının, eləcə də, geoloji və mövsümi hidroloji (sucaqlıq) vəziyyətinin və s. qiymətləndirilməsi (Hesabat şəklində);

5. Bütün nəqliyyat sektoru üzrə parkların, depoların, nəqliyyat tərkiblərinin (“состав”ların) nəqliyyat vasitələrinin, müəssisələrin nəqliyyat-istismar həcmlərinin, yük hərəkatının və coğrafiyasının, yükdaşıma və tranzit logistikasının, daşımalar həcmləri və dövriyyələrinin və s. qiymətləndirilməsi (Hesabat şəklində);

6. Dövlət və qeyri-dövlət qurumları tətəfindən investisiyalar cəlb edilmiş hüquqi və fiziki şəxslərin yoxlanılan müddət ərzində investisaya-maliyyə tranşlarının istehsala, kommunikasiyalara və tikintilərə reqlamental-düzgün yönəldilməsinin və s. qiymətləndiril-məsi (Hesabat şəklində);

7. Əsaslı inşaat, təmir-tikinti, montaj-inşaat, montaj quraşdırma, abadlaşdırma, yaşıllaşdırma, işıqlandırma, mədəni landşaftın və s. layihələndirilməsi, rekreasiya zonalarının, parkların və meşə qurşaqlarının salınması, süni landşaft quruculuğu, sənaye landşaftının həlli və s. sahələr üzrə görülmüş işlərin həcmi, inşaat materiallarının düzgün tətbiqi, mübahisələndirilərkən görülən işlərin həcmi, inşaatın aparılması texnikası və texnologiyalarının və s. qiymətləndirilməsi (Hesabat şəklində); 

8. Eyni zamanda da, texniki və texnogen suallı məhkəmə mübahisələrinin çoxsaylı predmeti olan: – şəhərsalma, memarlıq, memarlıq-tikinti, memarlıq layihələrinin şəhərsalma əsaslandırılması, memarlıq və tikinti konstruksiyası, inşaat materialları, məhəlli-ərazi, ərazi-mülk, ərazi-daşınmaz əmlak, ətraf mühit, ətraf mühitin qiymətləndirilməsi, sosial və insan ekologiyasının eləcə də, mövcud normalarının  qiymətləndirilməsi və s. problemlər üzrə (Hesabat şəklində).