İş təcrübəmiz
“TAX EX CONSULT” MMC-nin (bundan sonra – MMC) ekspert və mütəxəssis personeli ixtisaslaşma təxəssüsü yönündə vəzifələrin bölgüsü üzrə fəaliyyətlərini həyata keçirirlər və burada hər bir kəs yüksək ixtisaslı, böyük iş səriştəsinə və təcrübəsinə malik fərdlərdirlər.
AR sabiq VN-nin Vergi Auditi Departamentində uzun zaman, 2010-2014 illərdə çalışdığımız dövrdən, hazırda xidmətlərimizi təqdim etdiyiymiz vergi arealında kiçik və orta biznesdəki sahibkarlıq subyektlərinin hələ də, fəaliyyət göstərən hissəsi; eyni zamanda da, hakimlər və müstəntiqlər qrupu müəyyən qədər dəyişsə də, eləcə də, vəkillər korpusu bizi yaxşı tanımaqdadırlar.
MMC-nin fəaliyyət sferası – “istehsal”, “hasilat”, “emal”, “nəqliyyat”, “təmir-tikinti” və “digər” vergi sahələri üzrə “prosedural-hüquqi”, “sektoral -texniki. və -texnoloji.”, “maliyə-mühasibat” və s. təyinatlar seqmentini peşəkar səviyyədə əhatə edir.
MMC – eyni zamanmda, bunda zərurət duyulduqca elmi-nəzəri və elmi-təcrübi tədqiqatlar və araşdırmalar sahəsində də, fəaliyyətini həyata keçirir.
Çox vacib bir məsələ – heç kəsin indiyədək müdaxilə etmədiyi bir istiqamət kimi, öncə verilmiş olan problemli rəylərin nəticələrini tədqiq və təhlil edir, buradakı mövcud problemləri üzə çıxarır, bu və ya digər problemlər barəsində də, müraciətçilərinin istəyi ilə hesabatlar və qiymətləndirmələr həyata keçirir.
MMC – həm də, konsaltinq, müvəkkillik və təmsilçilik tərəfdaşlığını da, yüksək peşəkarlıqla həyata keçirir və s.